ARAYA QOYMAQ

gülüş hədəfinə çevirmək, dolamaq; ~ məsxərəyə qoymaq, ələ salmaq, lağa qoymaq, söz qoşmaq, ortaya qoymaq, hoydu-hoyduya götürmək, vedrə bağlamaq.

ARAYA GİRMƏK
ARAYA SÖZ QATMAQ (SALMAQ)
OBASTAN VİKİ
Araya yarımadası
Pariya yarımadası (isp. Paria) — Cənubi Amerikanın şimal-şərqində, Venesuela ərazisində yerləşən yarımada. Karib Andının davamını təşkil edir. Karib dənizi suları ilə əhatələnir. Karyako körfəzini isə şimal hissədən əhatələyir. Marqarita adasından Kubaqua boğazı ilə ayrılır. Yarımadada sıx kollar və akasiya ağacları yayılmışdır. Yarımada Sukre ştatı ərazisinə daxildir. İnzibati baxımından Ribero və Kruz Salmeron Akosta rayonlarınma ayrılır. Qərb qutaracağında Araya şəhəri yerləşir.
Tom Araya
Tomas Enrike Araya Dias (isp. Tomás "Tom" Enrique Araya Díaz; d. 6 iyun 1961, Vinya-del-Mar) — treş metal qrupu olan Slayer-in Çili əsilli amerikalı vokalçısı və bas gitaraçısı. Araya Hit Parader-in "Tarixin ən yaxşı 100 metal vokalçısı" siyahısında 58-ci yerdə qərarlaşmışdır. Araya 1980-ci illərin əvvəllərində terapevt işləmiş və əldə etdiyi gəlirlə Slayer-in debüt albomu olan Show No Mercy albomunu maliyyələşdirmişdir. Arayanın yazdığı mahnı sözlərinin əsas hissəsi özünün də maraqlandığı seriyalı qatillər haqqındadır. Onun ilk söz yazarlığı töhfəsi 1985-ci ildə işıq üzü görmüş Hell Awaits albomundan vampir mövzulu "At Dawn They Sleep" mahnısıdır.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.

Значение слова в других словарях